Bakı Şəhəri üzrə Təhsil İdarəsi: Şagirdləri apararkən qəzaya düşən mikroavtobus xidməti avtobus deyil

Bakı Şəhəri üzrə Təhsil İdarəsi: Şagirdləri apararkən qəzaya düşən mikroavtobus xidməti avtobus deyil ”Xəsarət alanların hamısı evə buraxılıb”
Elm və təhsil
28 Mart , 2016 12:09
Bakı Şəhəri üzrə Təhsil İdarəsi: Şagirdləri apararkən qəzaya düşən mikroavtobus xidməti avtobus deyil

Bakı. 28 mart. REPORT.AZ/ “71 nömrəli məktəbin uzaq məsafədə yaşayan valideynləri tərəfindən övladlarının məktəbə gətirilib-aparılması üçün özəl avtobus xidmətindən istifadə edilir. Bu gün səhər saatlarında məktəbə gələrkən qəza baş verib”.

Bu barədə “Report”un sorğusuna cavab olaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

İdarədən verilən məlumata görə, 10-a yaxın şagird xəstəxanaya aparılıb: "Yüngül xəsarət alması səbəbilə hazırda hamısı evə buraxılıb".

Son xəbərlər

Orphus sistemi