Bakı məktəblərinin saytları istifadəyə verilir

Bakı məktəblərinin saytları istifadəyə verilir Saytlar vasitəsilə məktəbdə baş verən yeniliklər və tədbirlər barədə informasiya əldə etmək mümkündür
Elm və təhsil
6 Aprel , 2015 17:43
Bakı məktəblərinin saytları istifadəyə verilir

Bakı. 6 aprel. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsi ictimaiyyətin ümumtəhsil müəssisələrinin fəaliyyəti ilə bağlı məlumat əldə etmək imkanlarının genişləndirilməsi məqsədilə tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların vahid formada saytlarını istifadəyə verir. Bu barədə "Report"a İdarədən bildirilib.

Saytlar vasitəsilə məktəbin nailiyyətləri, rəhbərlik və pedaqoji kollektiv haqqında, məktəbdə baş verən yeniliklər və tədbirlər barədə informasiya əldə etmək mümkündür.

Maraqlanan şəxslər www.bakimektebleri.edu.az portalına daxil olmaqla ayrı-ayrı məktəblərin saytları ilə tanış ola bilərlər.

Son xəbərlər

Orphus sistemi