Bakı məktəblərində təhlükəli tendensiyanın olduğu açıqlanıb

Bakı məktəblərində təhlükəli tendensiyanın olduğu açıqlanıb Nazir: "Ümumilikdə götürdükdə bu məsələdə natarazlıq var və bu bizi narahat edir"
Elm və təhsil
16 Dekabr , 2014 13:19
Bakı məktəblərində təhlükəli tendensiyanın olduğu açıqlanıb

Bakı. 16 dekabr. REPORT.AZ/ “Bakı məktəblərində kişi və qadın müəllimlərin sayı ilə bağlı təhlükəli tendensiya var”. “Report” xəbər verir ki, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, bu tendensiya bu gün yaranmayıb və nazirliyin diqqətindədir: “Nazirlik tərəfindən görülən işlərə gəlincə, son illər ərzində müəllimlərin işə qəbulu yalnız bir meyara - peşəkar keyfiyyətlərə əsasən həyata keçirilir. Yeni işə qəbul olunan müəllimlərin gender dinamikasında bu problem yoxdur. Amma ümumilikdə götürdükdə bu məsələdə natarazlıq var və bu bizi narahat edir”.

Son xəbərlər

Orphus sistemi