Bakı. 27 iyul. REPORT.AZ/ Bakı Dövlət Universitetinin (BDU) müəllimi vəfat edib.
"Report" xəbər verir ki, BDU-nun Biologiya fakültəsi Həmkarlar Təşkilatının sədri, Biofizika və Molekulyar Biologiya kafedrasının müəllimi, dosent Zaman Mahmudov ürək tutmasından (infakt) dünyasını dəyişib.
Qeyd edək ki, Z.Mahmudov Biologiya fakültəsi elmi şurasının sədri olub.