Bakı Ali Neft Məktəbinin tələbələri Halliburton şirkətində yay təcrübəsi keçəcəklər

Bakı Ali Neft Məktəbinin tələbələri Halliburton şirkətində yay təcrübəsi keçəcəklər Seçimin ilkin mərhələsində şirkət nümayəndələri tələbələri maraqlandıran sualları cavablandırıblar
Elm və təhsil
8 May , 2015 11:33
Bakı Ali Neft Məktəbinin tələbələri Halliburton şirkətində yay təcrübəsi keçəcəklər

Bakı. 8 may. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) Halliburton şirkətinin nümayəndələri tərəfindən tələbələrin şirkətdə ödənişli yay təcrübəsi keçmələri üçün "Neft-qaz mühəndisliyi" və "Kimya mühəndisliyi" ixtisasının II və III kurs tələbələri arasında seçimin ilkin mərhələsi keçirilib. Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

BANM-in rektoru Elmar Qasımov qeyd edib ki, tələbələr nəzəriyyəni təcrübə ilə birləşdirərək, gələcəyin yüksək ixtisaslı kadrları kimi formalaşmaq üçün belə imkanlardan faydalanmalıdırlar: "Ali Məktəb öz məzunlarının gələcəkdə karyera uğurları qazanmaları məqsədilə Azərbaycandakı transmilli şirkətlərlə hər zaman sıx əməkdaşlıq edir".

Şirkət nümayəndələri Halliburton şirkətində baş tutacaq yay təcrübəsi haqqında təqdimatla çıxış edərək tələbələrə məlumat veriblər. Həmçinin Halliburton şirkətində yayda tələbələr üçün ödənişli təcrübə imkanları, müraciət üçün ərizələrin doldurulma qaydaları, iş imkanları haqqında məlumat verilib.

Seçimin ilkin mərhələsində şirkət nümayəndələri tələbələri maraqlandıran sualları cavablandırıblar.

Son xəbərlər

Orphus sistemi