Bakı Ali Neft Məktəbi İndoneziya ilə əlaqələr qurur

Bakı Ali Neft Məktəbi İndoneziya ilə əlaqələr qurur İndoneziyanın Azərbaycandakı səfiri BANM-də olub
Elm və təhsil
28 Sentyabr , 2015 10:21
Bakı Ali Neft Məktəbi İndoneziya ilə əlaqələr qurur

Bakı. 28 sentyabr. REPORT.AZ/ İndoneziyanın Azərbaycandakı səfiri Prayono Atiyanto və bu ölkənin Energetika və Mineral Ehtiyatlar Nazirliyinin Neft-qaz məsələləri üzrə direktorluğunun rəhbəri Viratmaca Puca Bakı Ali Neft Məktəbində (BANM) olub. Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov Ali Məktəbin yaranma tarixi, 4 il ərzində əldə etdiyi nailiyyətləri, mühəndis kadrların hazırlanmasında tətbiq olunan müasir tədris proqramları və texnologiyaları, tələbələr üçün SOCAR-ın müəssisələrində, Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərdə, həmçinin yerli müəssisələrdə istehsalat təcrübəsinin təşkili ilə tədris prosesinin təcrübə ilə vəhdətinin səmərəliyinin artırılması haqqında bəhs edib. 

O, Ali Məktəbin öz beynəlxalq əlaqələrinin genişləndirməsində maraqlı olduğunu və İndoneziyanın yanacaq-energetika kompleksinin müəssisələri və ali təhsil ocaqları ilə işgüzar əlaqələrinin qurulmasına hazır olduğunu bildirib.

İndoneziyanın Azərbaycandakı səfiri Prayono Atiyanto BANM-in fəaliyyətini yüksək qiymətləndirib. Səfir SOCAR-ın rəhbərliyi ilə aparılan danışıqların nəticələri barədə danışıb və İndoneziyanın ali məktəbləri və müəssisələri ilə BANM-in əməkdaşlıq əlaqələrinin inkişafına hərtərəfli dəstək verməyə hazır olduğunu bildirib.

Energetika və Mineral Ehtiyatlar Nazirliyinin Neft-qaz məsələləri üzrə baş direktorluğunun rəhbəri Viratmaca Puca müəllim və tələbə heyətinin mübadiləsini həyata keçirmək üçün ali təhsil müəssisələri ilə əlaqələrin yaradılmasının zəruri olduğunu vurğulayıb. 

Görüşdə, həmçinin BANM-in İndoneziyanın müvafiq müəssisələri və ali məktəbləri ilə əməkdaşlığının ayrı-ayrı məsələləri ətrafında müzakirə aparılıb.

Son xəbərlər

Orphus sistemi