​Azərbaycanda yeni ixtisaslar üzrə müəllim hazırlıqlarına başlanılıb

​Azərbaycanda yeni ixtisaslar üzrə müəllim hazırlıqlarına başlanılıb Yenidənhazırlanma müəssisələrində ibtidai sinif müəllimi ixtisası üzrə təlimlərin təşkili planlaşdırılır
Elm və təhsil
30 Oktyabr , 2014 11:57
​Azərbaycanda yeni ixtisaslar üzrə müəllim hazırlıqlarına başlanılıb
Bakı. 30 oktyabr. REPORT.AZ/ Cari dərs ilində Azərbaycanın ümumtəhsil müəssisələrində pedaqoji kadrlara olan tələbat nəzərə alınaraq, yenidən hazırlanma təhsili üzrə ixtisasların sayı artırılıb və yeni ixtisaslar üzrə müəllim hazırlıqlarına başlanılıb. Təhsil nazirliyindən “Report”a bildirilib ki, bunlar riyaziyyat-informatika, kimya-biologiya, tarix-coğrafiya ixtisaslarıdır.

Eyni zamanda, ilk dəfə olaraq rus bölmələri üçün ixtisaslı müəllimlərin hazırlığı məqsədi ilə yenidənhazırlanma müəssisələrində ibtidai sinif müəllimi ixtisası üzrə təlimlərin təşkili planlaşdırılır.

Qeyd edək ki, son illərdə yenidənhazırlanma təhsili ibtidai sinif müəllimliyi, Azərbaycan dili və ədəbiyyat, xarici dil, psixologiya və məktəbəqədər təhsil ixtisasları üzrə aparılıb.

Hazırda insan potensialının inkişafını, kadrlara olan real tələbatın daha dinamik və çevik surətdə ödənilməsini təmin etmək məqsədi ilə kadrların yenidənhazırlanma təhsilinin məzmunu, forması, təşkili və yekun attestasiyası qaydalarında ciddi dəyişikliklər edilməsi istiqamətində iş həyata keçirilir.

Pedaqoji profilli ixtisaslar üzrə yenidənhazırlanma təhsili Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universitetində aparılır.

Son xəbərlər

Orphus sistemi