​Azərbaycanda 2014/2015-ci tədris ili başlayıb

​Azərbaycanda 2014/2015-ci tədris ili başlayıb 56 məktəb əsaslı təmir edilib, 64 məktəb cari təmir olunub
Elm və təhsil
15 Sentyabr , 2014 09:26
​Azərbaycanda 2014/2015-ci tədris ili başlayıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycanda 2014-2015-ci il tədris ilinə start verilib.

Report-un məlumatına görə, bu tədris ilində Azərbaycanda 139 min nəfərdən çox uşaq birinci sinfə gedir. 

Təhsil nazirliyinin rəsmi məlumatına əsasən, bu il ilk dəfə olaraq Azərbaycanda maksimum adda və sayda – 271 adda 7,8 milyon ədəd dərslik çap olunub. Bəzi siniflər üçün tam yeni, qalanları üçün təkrar nəşr olan bu kitablar artıq bütün məktəblərə çatdırılıb.

2014-2015-ci tədris ilində 1692 gənc müəllim ilk dəfə sinfə daxil olaraq öz vəzifələrinin icrasına başlayacaq. Bu müəllimlər təhsil sahəsində ilk dəfə olaraq, “müəllim andı” içdikdən sonra fəaliyyət göstərəcəklər.

Bu il ölkə üzrə 122 məktəb yenidən inşa olunub və ya yenidən qurulub. Bu təhsil müəssisələrində əlavə korpus və sinif otaqları tikilib, 56 məktəb əsaslı təmir edilib, 64 məktəb cari təmir olunub.

Yeni tədris ilində ali təhsil müəssisələrində ilk dəfə olaraq SABAH qrupları fəaliyyətə başlayır. Ölkənin ali təhsil müəssisələrinin ixtisaslar üzrə seçilmiş 738 ən yaxşı tələbəsi tədrisini bu yeni qruplarda davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi