Report xəbər verir ki, Təhsil Nazirliyinin kollegiyasının sayı 7 nəfərdən ibarət müəyyənləşdirilib. Onlardan 5 nəfərinin kollegiyaya üzvlüyü təsdiqlənib.
Kollegiyanın sədri Mikayıl Cabbarov, kollegiyanın üzvləri təhsil nazirinin müavinləri Ceyhun Bayramov və Firidun Qurbanov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev, Təhsil Nazirliyi Aparatının sədri Mətin Eynullayevdir.