Azərbaycanlılara qarşı soyqırımların tarixinin öyrənilməsində yeni mərhələ başlayır

Azərbaycanlılara qarşı soyqırımların tarixinin öyrənilməsində yeni mərhələ başlayır Gələn il AMEA-da “Azərbaycanlılara qarşı soyqırımı faciələri: tarixin yaddaşı və müasir baxışlar” mövzusunda beynəlxalq konfrans keçiriləcək
Elm və təhsil
27 Noyabr , 2014 14:03
Azərbaycanlılara qarşı soyqırımların tarixinin öyrənilməsində yeni mərhələ başlayır
Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin qərarı ilə yaradılan “Azərbaycanlılara qarşı soyqırımların tədqiqi” komissiyasının növbəti iclası keçirilib. "Report" xəbər verir ki, iclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli azərbaycanlılara qarşı soyqırımı tədqiqatları komissiyasının işini müasir tələblər səviyyəsində təşkil etmək üçün bu qurumun nəzdində ayrı-ayrı istiqamətlər üzrə elmi bölmələrin yaradılmasının zəruriliyindən söz açıb.

Müzakirələr nəticəsində “Azərbaycanlılara qarşı soyqırımların tarixi” (rəhbər: AMEA-nın müxbir üzvü Yaqub Mahmudov), “Azərbaycanlılara qarşı soyqırımı siyasəti” (rəhbər: professor Musa Qasımlı), “Azərbaycanlıların deportasiyası tarixi” (rəhbər: tarix elmləri doktoru Kərim Şükürov), “Azərbaycanlılara qarşı soyqırımlar tarixi sənədlərdə” (rəhbər: professor Ataxan Paşayev), “Azərbaycanlılara qarşı soyqırımlar ədəbiyyatda və incəsənətdə” (rəhbər: akademik İsa Həbibbəyli), “Azərbaycanlılara qarşı soyqırımlar internetdə” (rəhbəri: akademik Rasim Əliquliyev) bölmələrinin yaradılması qərara alınıb.

İclasda, həmçinin “Azərbaycanlılara qarşı soyqırımların tədqiqi” komissiyasının 2015-ci il üzrə Fəaliyyət planının müəyyənləşdirilməsi məsələsi də müzakirə olunub. Müzakirələr əsasında 2015-ci ildə AMEA-da “Azərbaycanlılara qarşı soyqırımı faciələri: tarixin yaddaşı və müasir baxışlar” mövzusunda beynəlxalq elmi konfransın keçirilməsi qərara alınıb.

Eyni zamanda, AMEA-nın elmi-tədqiqat institutlarında azərbaycanlılara qarşı soyqırımlar, Dağlıq Qarabağ, Xocalı soyqırımı, Naxçıvan və Qubada soyqırımların tarixinə dair nəşr olunmuş kitabların müzakirəsinin keçirilməsi təklif edilib. Tədbirdə “Azərbaycanlılara qarşı soyqırımlar sənədlərdə” adlı arxiv sənədlərini, fotoşəkilləri və dövri mətbuat materiallarını əks etdirəcək çoxcildli nəşrin hazırlanması məsələsi də nəzərdən keçirilib.

Komissiya tərəfindən Azərbaycanın qaçqınların məskunlaşdığı rayonlarda və döyüş bölgələrində elmi konfrans və görüşlərin keçirilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi