Azərbaycanlı alim Kapitsa adına qızıl medala layiq görülüb

Azərbaycanlı alim Kapitsa adına qızıl medala layiq görülüb Canəhmədov 320-dən artıq əsərin, 30-dan çox patentin müəllifidir
Elm və təhsil
26 Dekabr , 2014 02:11
Azərbaycanlı alim Kapitsa adına qızıl medala layiq görülüb
Bakı. 26 dekabr. REPORT.AZ/ Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, Milli Aviasiya Akademiyasının kafedra müdiri, professor Əhəd Canəhmədov təbiət elmlərinin inkişafındakı böyük xidmətlərinə görə Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, eyni zamanda, Nobel mükafatı laureatı P.L.Kapitsa adına qızıl medala layiq görülüb.

"Report" AzərTAc-a istinadən xəbər verir ki, Ə.Canəhmədov 320-dən artıq əsərin, o cümlədən 50 monoqrafiyanın və kitabın, dərslik və dərs vəsaitinin, 30-dan çox patentin müəllifidir. Onun elmi əsərləri təkcə MDB dövlətlərində deyil, digər xarici ölkələrdə də məşhurdur.

Son xəbərlər

Orphus sistemi