Azərbaycanla Litva arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanla Litva arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib Vilnüs Universitetinin rektoru BDU ilə əlaqələrin yaradılmasında maraqlı olduğunu bildirib
Elm və təhsil
22 Aprel , 2015 20:03
Azərbaycanla Litva arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Bakı. 22 aprel. REPORT.AZ/ Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Litvanın Vilnüs Universitetinin yeni təyin edilmiş rektoru Arturas Zukauskasla görüşüb. 

Azərbaycanın Litvadakı səfirliyindən "Report"a verilən məlumata görə, görüşdə iki ölkə arasında təhsil sahəsindəki münasibətlər müzakirə edilib, yeni layihələr barədə fikir mübadiləsi aparılıb.

Səfir H.Məmmədzadə rektoru yeni vəzifəyə təyin edilməsi ilə əlaqədar təbrik edərək, Azərbaycan və Litva arasında təhsil sahəsindəki mövcud əlaqələrə dair məlumat verib. H.Məmmədzadə hazırda bir sıra Azərbaycan və Litva universitetləri arasında birbaşa əməkdaşılığın mövcud olduğunu qeyd edib.

A.Zukauskas Bakı Dövlət Universiteti ilə əlaqələrin yaradılmasında maraqlı olduqlarını bildirərək, gələcəkdə qarşılıqlı səfərlər, təcrübə və tələbə mübadiləsi, eyni zamanda, hər iki ölkə müəllimlərinin həm humanitar, həm də texniki elmlər üzrə mühazirələr oxumasının vacibliyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi