Azərbaycanın əməkdar müəllimi dünyasını dəyişib

Azərbaycanın əməkdar müəllimi dünyasını dəyişib O, 86 yaşında vəfat edib
Elm və təhsil
21 Oktyabr , 2015 10:22
Azərbaycanın əməkdar müəllimi dünyasını dəyişib

Bakı. 21 oktyabr. REPORT.AZ/ Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin professoru, Azərbaycanın əməkdar müəllimi Mirzə Rəhimov dünyasını dəyişib. "Report" xəbər verir ki, əməkdar müəllim 86 yaşında vəfat edib.

Qeyd edək ki, Mirzə Şıxəli oğlu Rəhimov 1929-cu il dekabrın 15-də Astarada anadan olub. Mirzə Rəhimov 1937-1947-ci illərdə Astaradakı Sabir adına məktəbdə oxuyub. O, elmi yaradıcılığa Azərbaycan dilinin tarixinə müraciətlə başlayıb. Mirzə Rəhimov ensiklopedik nəşrlərdə şərqşünas alim kimi tanınıb. 

2009-cu ildə Prezident İlham Əliyevin imzaladığı sərəncamla M.Rəhimova Azərbaycanın əməkdar müəllimi fəxri adı verilib.

Son xəbərlər

Orphus sistemi