Azərbaycanın əməkdar həkimi 90 yaşında vəfat edib

Azərbaycanın əməkdar həkimi 90 yaşında vəfat edib Rüstəm Mirzəyev müəyyən müddət Azərbaycan Tibb Universitetinin ortopedik stomatologiya kafedrasına rəhbərlik edib
Elm və təhsil
11 Oktyabr , 2016 10:54
Azərbaycanın əməkdar həkimi 90 yaşında vəfat edib

Bakı. 11 oktyabr. REPORT.AZ/ Azərbaycan Tibb Universitetinin müəllimi 90 yaşında vəfat edib.

"Report" xəbər verir ki, ali məktəbin Terapevtik stomatologiya kafedrasının dosenti, Böyük Vətən müharibəsi veteranı, əməkdar həkim Rüstəm Mirzəyev dünyasını dəyişib.

Qeyd edək ki, R.Mirzəyev 1926-cı ildə anadan olub. O, müharibə dövründə ordu sıralarında xidmət edib. Müəyyən müddət Azərbaycan Tibb Universitetinin ortopedik stomatologiya kafedrasına rəhbərlik edib.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi