Azərbaycanın böyük şəhərlərini təmsil edən abituriyentlərin ali təhsil müəssisələrinə qəbulolma göstəriciləri açıqlanıb

Azərbaycanın böyük şəhərlərini təmsil edən abituriyentlərin ali təhsil müəssisələrinə qəbulolma göstəriciləri açıqlanıb Respublika üzrə qəbulolma göstəriciləri oğlanlar üzrə 32.52%, qızlar üzrə 39.28%-ə bərabərdir
Elm və təhsil
29 Mart , 2016 14:59
Azərbaycanın böyük şəhərlərini təmsil edən abituriyentlərin ali təhsil müəssisələrinə qəbulolma göstəriciləri açıqlanıb

Bakı. 29 mart. REPORT.AZ/ Respublikanın böyük şəhərlərindən olan abituriyentlərin ali təhsil müəssisələrinə qəbulolma göstəricilərinin təhlili göstərir ki, Mingəçevir şəhərindən olan oğlan və Naxçıvan şəhərindən olan qız abituriyentlər bu göstəricilər üzrə üstünlüyə malikdirlər. 

"Report"un məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının apardığı 2015/2016-cı tədris ili üçün imtahan nəticələrinin elmi-statistik təhlilində bildirilir.

Məlumata görə, imtahanlarda Mingəçevir şəhərindən iştirak edən 542 oğlan abituriyentin 37.45%-i, Naxçıvan şəhərindən iştirak edən 638 qız abituriyentin 45.92%-i ali təhsil müəssisələrinə qəbul olub.

Respublika üzrə qəbulolma göstəriciləri oğlanlar üzrə 32.52%, qızlar üzrə 39.28%-ə bərabərdir.

Eyni zamanda, respublikanın böyük şəhərlərini təmsil edən abituriyentlərin dövlət sifarişi əsasında ali təhsil müəssisələrinə qəbulolma göstəricilərini müqayisə etdikdə məlum olur ki, Sumqayıt şəhərinin oğlan, Mingəçevir şəhərinin isə qız abituriyentlərinin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən plan yerlərinə qəbulolma faizləri (müvafiq olaraq 13.26% və 21.65%) respublikanın digər şəhərlərinin müvafiq göstəricilərindən yüksək olub.

Son xəbərlər

Orphus sistemi