Azərbaycanın ali məktəbləri beynəlxalq akkreditasiyadan keçib

Azərbaycanın ali məktəbləri beynəlxalq akkreditasiyadan keçib Akkreditasiyanı təsdiq edən sertifikatlar iyulun 23-də hər üç universitetə rəsmi şəkildə göndəriləcək
Elm və təhsil
8 İyul , 2015 17:19
Azərbaycanın ali məktəbləri beynəlxalq akkreditasiyadan keçib

Bakı. 8 iyul. REPORT.AZ/ Azərbaycanın ali məktəbləri beynəlxalq akkreditasiyadan keçib. "Report" xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) MBA Departamenti İdarəetmənin İnkişafı üzrə Avropa Fonduna (EFMD) və həmin fondun Qlobal şəbəkəsinə (EFMD Qlobal) tam üzvlüyə qəbul edilib.

Bu, ADİU üçün biznesin idarə edil­məsi üzrə proq­ram heyə­ti və magistrant mübadiləsinə, akademik əməkdaşlığa və dünyanın qabaqcıl uni­ver­sitetləri ilə qarşılıqlı əlaqələrin inkişafına geniş imkanlar yaradır.

81 ölkədən 800-dən artıq akademik təşkilat, biznes və dövlət qurumlarının birləşdiyi EFMD idarəetmənin inkişafı sahəsində informasiya mübadiləsi, tədqiqatların aparılması, qabaqcıl təcrübə mübadiləsi, iqtisadiyyat təmayüllü təhsil müəssisələrinin rasionallaşdırılması üzrə yeganə təşkilatdır.

EFMD dünyanın aparıcı təhsil sistemlərinin standartlarına cavab verən biznes məktəblərinin, biznes təhsili proq­ram­ları­nın, korporativ universitetlərin və texnologiyalara əsaslanan tədris proqram­la­rı­nın qiymətləndirilməsi üzrə akkreditasiya xidmətlərini həyata keçirir.

İsveçrənin Cenevrə şəhərində yerləşən EFMD Qlobal isə Avropa və di­gər regionlarda 700-dən çox üzvü olan biznes məktəbləri, universitetlər və şirkətlər şə­bə­kəsidir.

Eləcə də ilk dəfə olaraq, Azərbaycan Texniki Universitetinin 4, Sumqayıt Dövlət Universitetinin 3 və Dövlət Neft Akademiyasının 3 ixtisası Avropa akkreditasiya agentliyinin (ASİİN) sertifikatı ilə təmin edilib.

Seçilmiş üç ali məktəbin beynəlxalq akkreditasiyadan keçirilmiş ixtisasları aşağıdakılardır:

Bakalavr təhsili:

a) Proseslərin avtomatlaşdırılması mühəndisliyi (Avtomatlaşdırma və informasiya texnikası);

b) Elektroenergetika mühəndisliyi;

Magistr təhsili:

a) Proseslərin avtomatlaşdırılması;

b) Elektroenergetika;

c) Neft sənayesi enerji menecmenti;

d) Kimya sənayesi enerji menecmenti;

Göstərilən ixtisaslar üçün yeni yaradılmış məzmun Avropanın aparıcı ali məktəblərində tətbiq olunmuş ixtisaslara uyğun hazırlanıb. Akkreditasiyanı təsdiq edən sertifikatlar iyul ayının 23-də hər üç universitetə rəsmi şəkildə göndəriləcək.

Son xəbərlər

Orphus sistemi