Bakı. 28 iyun. REPORT.AZ/ Bu il Azərbaycandan 200 tələbə təhsil almaq üçün Macarıstana göndəriləcək. "Report" xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib: "Onların bütün xərclərini Macarıstan hökuməti qarşılayacaq".
Ş.Mustafayevin sözlərinə görə, bu il Macarıstanda təhsil almaq istəyən azərbaycanlı tələbələrə 200 yer ayrılıb: "Ötən il 50 tələbə Macarıstanda təhsil alıb. Bu il isə 600 nəfər Macarıstanda təhsil almaq üçün müraciət edib".