Azərbaycanda xüsusi qabiliyyət tələb edən sahələr üzrə magistr hazırlığına qoyulan məhdudiyyət ləğv olunur

Azərbaycanda xüsusi qabiliyyət tələb edən sahələr üzrə magistr hazırlığına qoyulan məhdudiyyət ləğv olunur Milli Məclis "Təhsil haqqında" qanuna dəyişikliklər edib
Elm və təhsil
29 Dekabr , 2015 14:20
Azərbaycanda xüsusi qabiliyyət tələb edən sahələr üzrə magistr hazırlığına qoyulan məhdudiyyət ləğv olunur

Bakı. 29 dekabr. REPORT.AZ/ Milli Məclis xüsusi qabiliyyət tələb edən müəyyən sahələr üzrə magistr hazırlığı ilə bağlı ixtisaslara qoyulan məhdudiyyətin aradan qaldırılmasını nəzərdə tutan layihəni qəbul edib. "Report" xəbər verir ki, bununla bağlı "Təhsil haqqında" qanuna dəyişikliklər edilib. 

Parlamentin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev deyib ki, dəyişiklik qanunun 22.7-ci maddəsinin ləğvini nəzərdə tutur: “Təklif olunan mətndə qeyd edilir ki, xüsusi qabiliyyət tələb edən müəyyən sahələr üzrə magistr hazırlığı ilə bağlı ixtisaslara qoyulan məhdudiyyət aradan qaldırılır. Bununla da mədəniyyət, musiqi, incəsənət, idman, memarlıq, dizayn və bu kimi digər sahələr üzrə magistr hazırlığının ümumi əsaslarla həyata keçirilməsi mümkün olacaq”.

Son xəbərlər

Orphus sistemi