Azərbaycanda universitetlərdən biri fəaliyyətini dayandırıb

Azərbaycanda universitetlərdən biri fəaliyyətini dayandırıb Universitetin xahişi təmin olunub və 8 ixtisas üzrə təhsil alan 270 tələbənin digər ali məktəblərdə təhsillərinin davam etdirilməsinə razılıq verilib
Elm və təhsil
8 Sentyabr , 2015 13:07
Azərbaycanda universitetlərdən biri fəaliyyətini dayandırıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycanda universitetlərdən biri fəaliyyətini dayandırıb. 

Təhsil Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Bakı Asiya Universiteti Təhsil Nazirliyinə müraciət edərək, universitetin fəaliyyətinin müvəqqəti dayandırılması barədə bu ali məktəbin Elmi Şurasında qərarın qəbul edildiyini bildirib və hazırda təhsil alan tələbələrin digər ali təhsil müəssisələrində yerləşdirilməsini xahiş edib.

Təhsil Nazirliyi tərəfindən Bakı Asiya Universitetinin xahişi təmin olunub və 8 ixtisas üzrə təhsil alan 270 tələbənin digər universitetlərdə təhsillərinin davam etdirilməsinə razılıq verilib. Tələbələrin müvafiq ali təhsil müəssisələrinə yerləşdirilməsi mərkəzləşdirilmiş qaydada aparılacaq və proses sentyabrın 10-dək başa çatdırılacaq. 

Son xəbərlər

Orphus sistemi