​Azərbaycanda ümumtəhsil məktəblərinə daşınan avadanlıqlar paylanılıb

​Azərbaycanda ümumtəhsil məktəblərinə daşınan avadanlıqlar paylanılıb Təhsil Nazirliyi Bakı şəhərindəki "Ankara məktəbi" məktəb-liseyinə mediatur təşkil edib
Elm və təhsil
4 May , 2015 17:18
​Azərbaycanda ümumtəhsil məktəblərinə daşınan avadanlıqlar paylanılıb

Bakı. 4 may. REPORT.AZ/ Təhsil Nazirliyi Bakı şəhərindəki "Ankara məktəbi" məktəb-liseyinə mediatur təşkil edib. "Report" xəbər verir ki, jurnalistlər ümumtəhsil məktəblərinə gətirilən yeni avadanlıqlarla tanış olublar. 

Mediatur çərçivəsində KİV təmsilçiləri məktəbin kimya, biologiya və fizika kabinetləri ilə tanış olub, dərs prosesini izləyiblər. Dərslərdə Biochem və Physio Guide cihazlarından istifadə olunaraq təcrübələr keçirilib.

Məktəb-liseyin kimya müəlliməsi Sevda Əlizadə bildirib ki, yeni avadanlıqlarla keçirilən dərslər daha maraqlı və inandırıcı olur: "Aparat kompakt şəkildə işləyir. Labdisk notebooka qoşulur, orada göstərilən təcrübələr qrafik şəkildə göstərilir. Bu da promitan lövhəyə qoşulur. Nəticələri lövhədə birbaşa izləmək olur. Eyni zamanda, həm təcrübə aparılır, həm qrafiklər qurulur, həm də nəticələri birbaşa lövhədə görmək olur. Aparatlar mobildir, daşınandır. Hara istəsək, daşıya bilirik. Aparatları kimya, biologiya və fizika fənləri üçün istifadə edə bilirik".

Qeyd edək ki, Təhsil Nazirliyi 50 ümumtəhsil məktəbinə laboratoriyaları müasirləşdirilmək məqsədilə müxtəlif avadanlıqlar verib. Məktəblərə 2 ədəd mobil araba, 16 ədəd Biochem və Physio Labdiskləri, 2 ədəd Intel planşet verilib. Bunlardan 31-i Bakı şəhəri üzrə məktəb və liseylərə, 9-u isə Sumqayıt, Abşeron, Göygöl, Mingəçevir və Gəncə məktəblərinə paylanılıb. Aprel ayının 20-dən etibarən biologiya, kimya və fizika fənlərini tədris edən müəllimlərə yerli təlimçilər 5 günlük təlimlər keçiblər.

Son xəbərlər

Orphus sistemi