Bakı. 28 iyun. REPORT.AZ/ “Azərbaycanda peşə təhsili sahəsində 108 ilk peşə liseyi var. Bu şəbəkənin optimallaşdırılması istiqamətində təhlillər aparılır. Təkliflər artıq Nazirlər Kabinetinə təqdim edilib”.
“Report”un məlumatına görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, yaxın aylarda Azərbaycanda peşə təhsil şəbəkəsinin optimallaşdırılması istiqamətlərində müvafiq qərarlar qəbul olunacaq. Nazir müavini qeyd edib ki, daha dərindən ixtisaslaşmanın aparılması həm maddi-texniki baza, həm də təlimçi-pedaqoji kadr yetişdirilməsi baxımından daha yüksək səviyyəli peşə hazırlığının verilməsinə zəmin yaradacaq.
C.Bayramovun sözlərinə görə, hazırda Təhsil Nazirliyində Peşə Dövlət Agentliyinin yeni strukturu formalaşdırılır və bu istiqamətində bir sıra tədbirlər görülür.