Azərbaycanda magistratura səviyyəsində kadr hazırlığı iki istiqamətdə aparılacaq

Azərbaycanda magistratura səviyyəsində kadr hazırlığı iki istiqamətdə aparılacaq "İxtisas üzrə magistratura təhsili alanlara isə öz ixtisası üzrə praktiki biliklər veriləcək"
Elm və təhsil
9 Dekabr , 2015 15:38
Azərbaycanda magistratura səviyyəsində kadr hazırlığı iki istiqamətdə aparılacaq

Bakı. 9 dekabr. REPORT.AZ/ "Azərbaycanda ali təhsilin magistratura səviyyəsində kadr hazırlığı iki istiqamətdə aparılacaq". "Report" xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli "Təhsil haqqında" qanun layihəsinə təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

Sədrin sözlərinə görə, qanunvericiliyə təklif edilən dəyişiklik buna zəmin yaradır: "Magistratura iki istiqamətə ayrılacaq. Yəni gələcəkdə həm ixtisas, həm də tədqiqat magistraturası olacaq. Tədqiqat magistraturasında oxuyanlara öz ixtisasları üzrə sırf nəzəri biliklər veriləcək, onlar sırf nəzəriyyəçi olacaqlar. İxtisas üzrə magistratura təhsili alanlara isə öz ixtisası üzrə praktiki biliklər veriləcək".

O, həmçinin əlavə edib ki, ixtisas üzrə magistr dərəcəsi alan yalnız ixtisas üzrə mütəxəssis olacaq: "Həmin şəxslərin doktoranturaya sənəd verməsinə icazə verilməyəcək, onlar magistr dərəcəsi ilə peşə fəaliyyətlərini davam etdirə biləcəklər. İkinci istiqamət üzrə təhsil alanlar isə tədqiqatçı olacaqlar. Onlar magistr dissertasiyasını müdafiə edəcək və sonra tədqiqatla məşğul olacaqlar".

Son xəbərlər

Orphus sistemi