Bakı. 6 may. REPORT.AZ/ Azərbaycanda kolleclər ali təhsil müəssisələrinin nəzdinə veriləcək. “Report”un xəbərinə görə, bu barədə təhsil naziri
Nazirin sözlərinə görə, orta ixtisas təhsili müəssisələrinin kifayət qədər böyük hissəsi kollec adlandırılır: “Onların ali təhsil müəssisələrinin nəzdinə keçirilməsi prosesinə başlanacaq. Fikrimizcə, bu, bir tərəfdən resurslardan daha faydalı istifadəni təmin edə bilər. Digər tərəfdən, subbakalavriat dərəcəsini təklif etməklə, həmin orta ixtisas təhsili müəssisələrində təhsilin keyfiyyətinin və onlara marağın artırılmasına xidmət edə bilər. Təbii olaraq biz burada ixtisaslara baxacağıq”.