Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycanda ilk dəfə "SCOPUS Mükafatları"nın təqdimatı keçirilib. "Report" xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, AMEA-nın institut və təşkilatlarının rəhbərləri, eləcə də KİV nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Prezident yanında Elmin İnkişaf Fondunun icraçı direktoru Elçin Babayev bildirib ki, adıçəkilən mükafat dünyanın tanınmış akademik nəşriyyatlarınd
Tədbirdə Azərbaycanda fəaliyyət göstərən, yüksək nəticələri ilə ölkə hüdudlarından kənarda tanınmış 4 elmi-tədqiqat və təhsil qurumuna, həmçinin 5 elmi jurnala beynəlxalq qiymətləndirmə meyarları, həmçinin "SCOPUS" və "SciVal" bazaları əsasında seçimin nəticələrinə əsasən xüsusi mükafatlar təqdim olunub.