Azərbaycanda I sinfə elektron sənəd qəbulu ilə bağlı apellyasiya komissiyaları fəaliyyətə başlayıb

Azərbaycanda I sinfə elektron sənəd qəbulu ilə bağlı apellyasiya komissiyaları fəaliyyətə başlayıb Komissiyalar I mərhələdə 2016-cı il martın 1-dən iyunun 14–dək fəaliyyət göstərəcək
Elm və təhsil
2 Mart , 2016 20:43
Azərbaycanda I sinfə elektron sənəd qəbulu ilə bağlı apellyasiya komissiyaları fəaliyyətə başlayıb

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycanda I sinfə elektron sənəd qəbulu ilə bağlı apellyasiya komissiyaları fəaliyyətə başlayıb.

Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin müvafiq əmrinə əsasən, uşaqların I sinfə elektron sənəd qəbulu ilə bağlı 6 təhsil müəssisəsində apellyasiya komissiyaları təşkil olunub. Apellyasiya komissiyalarının yaradılmasının əsas məqsəd vətəndaşların müraciətlərinə obyektiv, tam və hərtərəfli baxılması, işçi qrupla vətəndaş arasında yaranan mübahisələrin və fikir ayrılıqlarının tənzimlənməsi istiqamətində tədbirlər həyata keçirilməsi və təhsil haqqında qanunvericiliyə və digər normativ aktlara uyğun qərar qəbul olunmasını təmin etməkdir. 

Qeyd edəki ki, komissiyalar I mərhələdə 2016-cı il martın 1-dən iyunun 14–dək, II mərhələ iyunun 20-dən sentyabrın 20-dək (iyul ayı istisna olmaqla) fəaliyyət göstərəcək

Son xəbərlər

Orphus sistemi