Azərbaycanda hərbi feldşer ixtisasına qəbul imtahanının vaxtı açıqlanıb

Azərbaycanda hərbi feldşer ixtisasına qəbul imtahanının vaxtı açıqlanıb İmtahan Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 4 binada təşkil olunacaq
Elm və təhsil
28 İyul , 2015 17:58
Azərbaycanda hərbi feldşer ixtisasına qəbul imtahanının vaxtı açıqlanıb

Bakı. 28 iyul. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Müdafiə Nazirliyinin hərbi liseylərinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanı keçirəcək. TQDK-dan "Report"a verilən məlumata görə, abituriyentlər iyulun 30-da imtahan verəcək.

Məlumatda qeyd olunub ki, imtahan Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 4 binada təşkil olunacaq və saat 11:00-da başlanmaqla 2 saat davam edəcək.

İmtahanda iştirak etmək istəyən abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədi, "İmtahana buraxılış vərəqəsi"ni gətirməlidirlər.

Qeyd edək ki, göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

Son xəbərlər

Orphus sistemi