Azərbaycanda gənc meşəçilərin respublika müsabiqəsi keçiriləcək

Azərbaycanda gənc meşəçilərin respublika müsabiqəsi keçiriləcək Bununla bağlı təhsil naziri əmr imzalayıb
Elm və təhsil
21 Aprel , 2015 17:39
Azərbaycanda gənc meşəçilərin respublika müsabiqəsi keçiriləcək

Bakı. 21 aprel. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov gənc meşəçilərin IV respublika müsabiqəsinin keçirilməsi barədə əmr imzalayıb. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Əmrin imzalanmasında əsas məqsəd uşaq və gənclərin meşəsalma sahəsində biliklərini artırmaqla, onlarda ekoloji dünyagörüşün, ətraf mühitə qayğıkeş münasibətin formalaşmasına stimul vermək, eyni zamanda meşələrin qorunması, bərpası, davamlı istifadəsi sahəsində xüsusi bacarıq və vərdişlərin öyrədilməsini inkişaf etdirməkdir.

Əmrə əsasən, "Meşələri qoruyaq" mövzusunda ümumtəhsil məktəblərinin şagirdləri və yaradıcılıq profilli məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında gənc meşəçilərin IV respublika müsabiqəsi keçirilməli, müsabiqənin əsasnaməsi, təşkilat komitəsi və münsiflər heyətinin tərkibi təsdiq olunmalıdır.

Əmrin icrasına nəzarət nazirliyin İnformasiya şöbəsinin müdiri Elnur Əliyevə həvalə olunub. 

Son xəbərlər

Orphus sistemi