Azərbaycanda gənc alim və mütəxəssislər üçün yarım milyonluq müsabiqə elan edilib

Azərbaycanda gənc alim və mütəxəssislər üçün yarım milyonluq müsabiqə elan edilib Sənədlər noyabrın 14-dən dekabrın 29-u saat 17:00-dək qəbul olunacaq
Elm və təhsil
12 Noyabr , 2014 11:28
Azərbaycanda gənc alim və mütəxəssislər üçün yarım milyonluq müsabiqə elan edilib
Bakı. 12 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu gənc alim və mütəxəssislərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanı yaratmaq məqsədi ilə gənc alim və mütəxəssislərin 3-cü müsabiqəsini elan edib. Fonddan "Report"a verilən məlumata görə, müsabiqə prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına əsasən və 2011-2013-cü illərdə Elmin İnkişafı Fondu tərəfindən keçirilmiş Gənc alim və mütəxəssislərin 1-ci və 2-ci müsabiqələrinin uğurları nəzərə alınaraq elan olunub.

Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin maliyyələşdirilməsinin cəmi həcmi 500 000 manat nəzərdə tutulub. Müsabiqə fizika-riyaziyyat və texnika elmləri, kimya elmləri, Yer haqqında elmlər, biologiya, tibb və aqrar elmləri, humanitar və ictimai elmlər sahələrini əhatə edən fundamental - tətbiqi, axtarış-innovasiya xarakterli və xüsusi layihələrin kiçik və orta həcmli qrantlar vasitəsilə maliyyələşdirilməsini nəzərdə tutur.

Müsabiqədə iştirak etmək üçün sənədlər noyabrın 14-dən dekabrın 29-u saat 17:00-dək qəbul olunacaq. Müsabiqənin nəticələri 2015-ci ilin birinci yarım ilində açıqlanacaq.

Müsabiqədə yalnız 35 yaşa qədər olan gənc alim və mütəxəssislər iştirak edə bilərlər. Sənədlərin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi