Azərbaycanda fəlsəfə doktorlarının hazırlanması proqramı üzrə təhsil alanların sayı açıqlanıb

Azərbaycanda fəlsəfə doktorlarının hazırlanması proqramı üzrə təhsil alanların sayı açıqlanıb Təhsil alanların 58 faizi 30 yaşadək gənclərdir
Elm və təhsil
23 Avqust , 2016 19:36
Azərbaycanda fəlsəfə doktorlarının hazırlanması proqramı üzrə təhsil alanların sayı açıqlanıb

Bakı. 23 avqust. REPORT.AZ/ Azərbaycanda ötən il fəlsəfə doktorlarının hazırlanması proqramı üzrə təhsil alanların ümumi sayının 58 faizini 30 yaşadək gənclər təşkil edib. Təhsil alanların 55 faizi qadın, 45-i kişidir.

"Report"un məlumatına görə, bu sahə üzrə təhsil alanların 1256 nəfəri qadın, 1026-sı kişi olub.

Ümumiyyətlə, fəlsəfə doktorlarının hazırlanması üzrə təhsil alanlardan 25 yaşa qədər olanların 53 faizini qadınlar, 47 faizini kişilər təşkil edib. 25-29 yaşadək olanların 57,4 faizini, 30-34 yaşadək olanların 55 faizini, 35-39 yaşadək olnların 53,3 faizini, 40 yaşdan yuxarı təhsil alanların isə 55 faizini qadınlar təşkil edib. 

Son xəbərlər

Orphus sistemi