Azərbaycanda daha 52 “Sağlam təhsil” sinfi yaradılıb

Azərbaycanda daha 52 “Sağlam təhsil” sinfi yaradılıb Hazırda Bakıda 33, Sumqayıtda 1 ümumtəhsil məktəbi olmaqla, ümumilikdə 34 təhsil ocağında 67 “Sağlam təhsil” sinfi fəaliyyət göstərir
Elm və təhsil
8 İyun , 2016 14:15
Azərbaycanda daha 52 “Sağlam təhsil” sinfi yaradılıb

Bakı. 8 iyun. REPORT.AZ/ 2015-2016-cı tədris ilində “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində daha 52 “Sağlam təhsil” sinfi yaradılıb.

Təhsil Nazirliyindən "Report"a verilən xəbərə görə, hazırda Bakıda 33, Sumqayıtda 1 ümumtəhsil məktəbi olmaqla, ümumilikdə 34 təhsil ocağında 67 “Sağlam təhsil” sinfi fəaliyyət göstərir.

Həmin siniflərdən 15-i ötən tədris ilində yaradılıb.
2015-2016-cı tədris ilinə ümumtəhsil məktəblərinin IV, VI və VIII sinifləri üçün 141 adda 4095370 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub. O cümlədən, kurikulum ilk dəfə tətbiq olunan VIII siniflər üçün 70 adda dərslik və müəllim üçün metodik vəsait çap edilib və məktəblərə paylanıb.

Son xəbərlər

Orphus sistemi