Azərbaycanda ali təhsil müəssisələrinə yeni status verilir

Azərbaycanda ali təhsil müəssisələrinə yeni status verilir Status müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada veriləcək
Elm və təhsil
24 Fevral , 2015 14:11
Azərbaycanda ali təhsil müəssisələrinə yeni status verilir

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycanda ali təhsil müəssisələrinə "Tədqiqat universiteti" statusu veriləcək. "Report" xəbər verir ki, bu barədə "Elm haqqında" yeni qanun layihəsində bildirilir. 

Layihəyə əsasən, ali təhsil müəssisələrinə "Tədqiqat universiteti" statusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada veriləcək.

Tədqiqat universitetinin əsas vəzifələri təhsilverənlərin və təhsilalanların elmi-tədqiqat prosesinə fəal cəlb edilməsi yolu ilə elm və təhsilin real inteqrasiyasını təmin etmək, yeni biliklər yaratmaq, iqtisadiyyata (istehsalata) müasir texnologiyaları transfer etmək, geniş aspektli fundamental və tətbiqi elmi tədqiqatlar həyata keçirmək, magistr, yüksək ixtisaslı elmi kadr hazırlığı və əlavə təhsil proqramlarının inkişaf etmiş sistemini formalaşdırmaq, elmi nəticələri kommersiya əsasında sərbəst reallaşdırmaq, texnoparkların formalaşdırmasına, biznes inkubatorlarının yaradılmasına nail olmaqdır.

Layihədə qeyd edilir ki, elmi müəssisə və təşkilatlar və ali məktəblər elmi fəaliyyətin əlaqələndirilməsi, maddi, texniki, maliyyə və kadr resurslarından səmərəli istifadə olunması, vahid texnoloji prosesin (elmi tədqiqatın nəticələrinin istehsalata tətbiqinə qədər) təmin edilməsi məqsədilə hüquqi şəxs statusunda elmi mərkəzlər yarada bilər.

Son xəbərlər

Orphus sistemi