Azərbaycanda 9 illik bazadan kolleclərə ayrılan plan yerlərinin sayı azaldılıb

Azərbaycanda 9 illik bazadan kolleclərə ayrılan plan yerlərinin sayı azaldılıb Mayın 1-dən 9 illik bazadan orta ixtisas təhsili müəsisələrinə ərizə qəbulu başlayıb
Elm və təhsil
4 May , 2015 14:07
Azərbaycanda 9 illik bazadan kolleclərə ayrılan plan yerlərinin sayı azaldılıb

Bakı. 4 may. REPORT.AZ/ "Bu il 9 illik bazadan kolleclərə ayrılan plan yerləri keçənilki plan yerləri ilə müqayisədə fərqlənir. Belə ki, 2014-cü ildə ümumi plan yerlərinin sayı 9 601 idisə, bu il isə 8 928 olub. Yəni, bu il təxminən 700 yer azalıb". "Report" xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, plan Azərbaycan bölməsi üzrə keçən il 8 871 yer idisə, bu il 8 219 yer olub: "Rus bölməsi üzrə keçən il 215 yer idisə, bu il 190 yerdir. Birgə müsabiqə üzrə yerlər keçən il 515 idisə, bu il 519 yer nəzərdə tutulub. Mayın 1-dən 9 illik bazadan orta ixtisas təhsili müəsisələrinə ərizə qəbulu başlayıb. Bu gün saat 10-a kimi 1 343 nəfər öz ərizələrini təsdiq etdirib. Onlardan 1 309 nəfəri ərizəsini özü, cüzi hissəsi isə ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiqləyib".

TQDK sədri həmçinin əlavə edib ki, iyunun 2-dən etibarən Azərbaycanda buraxılış imtahanları başlayacaq: "Buraxılış imtahanları ilk olaraq Bakı şəhərində, sonra isə cədvəl üzrə müxtəlif regionlarda olacaq. Hazırda müəyyən dəqiqləşmələr aparılır və hansı istiqamətlər üzrə rayonların imtahan verəcəyi tarix yaxın zamanlarda açıqlanacaq. Əvvəlki illərin məzunları üçün qəbul imtahanları isə mayın 17-də və 24-də, cari ilin məzunları üçün isə iyul ayında olacaq".

Son xəbərlər

Orphus sistemi