Azərbaycanda 50 məktəbdə hərbi kabinetlər yaradılıb - FOTO

Azərbaycanda 50 məktəbdə hərbi kabinetlər yaradılıb - FOTO Paytaxtla yanaşı, ölkənin digər bölgələrində də ümumtəhsil məktəblərinin müasir hərbi kabinetlərlə təchiz olunması planlaşdırılır
Elm və təhsil
10 Sentyabr , 2015 15:04
Azərbaycanda 50 məktəbdə hərbi kabinetlər yaradılıb - FOTO

Bakı. 10 sentyabr. REPORT.AZ/ Təhsil Nazirliyi pilot layihə çərçivəsində 50 ümumtəhsil məktəbində müasir standartlara cavab verən hərbi kabinetlər yaradıb. 

Təhsil Nazirliyindən "Report"a verilən xəbərə görə, hərbi kabinetlərdə vizual elektron təlim avadanlıqları quraşdırılıb. 

Eyni zamanda, kabinetlər təlim üçün nəzərdə tutulan müasir avtomatlar, tapançalar, qumbaralar və minalarla təchiz olunub.

Təlim üçün nəzərdə tutulan avadanlıqlar həqiqi silahlardan yalnız atəş konstruksiyası ilə fərqlənir. Bu silahlar həm kütləsi, həm də atəş zamanı təpməsi baxımından həqiqi silahla eyni olması ilə yanaşı, tam təhlükəsizdir. Elektron təlim avadanlıqları xüsusi mexanizm və proqram təminatına malikdir.

Qeyd edək ki, paytaxtla yanaşı, ölkənin digər bölgələrində də ümumtəhsil məktəblərinin müasir hərbi kabinetlərlə təchiz olunması planlaşdırılır. Şəmkir və Kürdəmirdə tikilmiş yeni məktəblərdə belə kabinetlər artıq quraşdırılıb.     

Son xəbərlər

Orphus sistemi