​Azərbaycanda 2014/2015-ci tədris ili üçün ali və orta ixtisas müəssisələrində təhsil müddəti azaldılıb

​Azərbaycanda 2014/2015-ci tədris ili üçün ali və orta ixtisas müəssisələrində təhsil müddəti azaldılıb Bununla bağlı Təhsil Nazirliyindən ali və peşə təhsili müəssisələrinə müvafiq məktublar göndərilib
Elm və təhsil
20 Noyabr , 2014 10:57
​Azərbaycanda 2014/2015-ci tədris ili üçün ali və orta ixtisas müəssisələrində təhsil müddəti azaldılıb

Bakı. 20 noyabr. REPORT.AZ/ “2015-ci ildə Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar olaraq paytaxtda yerləşən bütün təhsil müəssisələrində təhsil prosesi və imtahan sessiyasının 2015-ci il mayın 31-dək başa çatdırılması qərar alınıb”. “Report”un xəbərinə görə, bunu Azərbaycan Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov özünün “facebook” səhifəsində yazıb.

C.Valehov əlavə edib ki, bu məqsədlə 2014/2015-ci tədris ili üçün Bakı şəhərində yerləşən ali və orta ixtisas təhsili müəssisələrində nəzəri təlim müddətinin (15 həftə) vaxtını dəyişmədən, imtahan sessiyalarına ayrılmış 5 həftənin 3 həftəyə qədər, qış tətili müddətinin 2 həftədən 1 həftəyə qədər, peşə-ixtisas təhsili müəssisələrində isə ikinci yarım il üçün nəzərdə tutulmuş təhsil müddətinin 23 həftədən 21 həftəyədək azaldılacaq. Bununla bağlı Təhsil Nazirliyindən ali və peşə təhsili müəssisələrinə müvafiq məktublar göndərilib.

“Ümumtəhsil məktəblərində təhsil müddəti 31 mayda bitdiyi üçün bu qərar ancaq ali və orta ixtisas, eləcə də ilk-peşə ixtisas müəssisələrinin tələbə və şagirdlərinə aiddir” – deyə, o vurğulayıb.

Qeyd edək ki, builki tədris ili üçün qış imtahan sessiyası dekabrın 29-dan başlayaraq yanvarın 18-nə qədər bitməlidr. Tələbələr qış tətilinə yanvarın 19-dan 25-nə qədər buraxılacaqlar. Yaz sessiyası yanvarın 26-dan mayın 9-na qədər keçiriləcək. Yay imtahan sessiyası mayın 11-dən 24-nə qədər davam edəcək.

Son xəbərlər

Orphus sistemi