Azərbaycanda 2 rayonun təhsil şöbəsinin müdirləri ciddi nöqsanlara görə işdən çıxarılıb

Azərbaycanda 2 rayonun təhsil şöbəsinin müdirləri ciddi nöqsanlara görə işdən çıxarılıb Nazir özünə 2 yeni müşavir təyin edib
Elm və təhsil
12 Noyabr , 2015 13:59
Azərbaycanda 2 rayonun təhsil şöbəsinin müdirləri ciddi nöqsanlara görə işdən çıxarılıb

Bakı. 12 noyabr. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov özünə 2 yeni müşavir təyin edib. Nazirlikdən "Report"a verilən məlumata görə, müşavirlər Famil Mustafayev və Fərhad Əmirbəyovdur.

Bundan başqa, 1975-ci ildən Təhsil Nazirliyində çalışan Elm və ali təhsil şöbəsinin müdiri Gültəkin Hüseynova həmin şöbənin Elm sektorunun müdiri vəzifəsinə keçirilib.

1997-ci ildən Nazirlikdə müxtəlif vəzifələrdə işləmiş Tədris resursları şöbəsinin müdiri Faiq Şahbazlı isə tutduğu vəzifədən azad edilərək Təhsil Problemləri İnstitutunun direktor müavini vəzifəsinə keçirilib. Onun yerinə 2002-ci ildən Təhsil Sektorunun İnkişafı üzrə Layihənin Əlaqələndirmə Qrupunun meneceri, direktor müavini və direktoru vəzifələrində çalışmış Elvin Rüstəmov təyin edilib.

Nazirliyin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri vəzifəsi Vasif Məmmədova həvalə edilib. V. Məmmədov 2001-2010-cu illərdə özəl sektorda, 2013-cü ildə "Vətən" Respublika İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin direktoru, 2014-cü ildən isə Təhsil Nazirliyində sektor müdiri, şöbə müdirinin müavini vəzifələrində işləyib.

Məktəbəqədər və ümumi təhsil şöbəsinin Ümumi təhsil sektorunun müdiri Firidun Həmzəyev Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdir müavini vəzifəsinə keçirilib.

Zərdab Rayon Təhsil Şöbəsinin müdiri Baba Babayev və Saatlı Rayon Təhsil Şöbəsinin müdiri Şamil Nurəliyev vəzifə funksiyalarının icrasında ciddi nöqsanlara yol verdiklərinə görə, Xocavənd Rayon Təhsil Şöbəsinin müdiri Şəfahət Yusifov dövlət qulluğunda olmanın yaş həddinə çatdığına görə, Yevlax Rayon Təhsil Şöbəsinin müdiri Raqub Mirzəyev öz ərizəsinə əsasən tutduqları vəzifədən azad edilib.

Bakı şəhəri 55 saylı tam orta məktəbin direktoru Vahid Dəmirov vəzifə funksiyalarının icrasında, məktəbə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə görə tutduğu vəzifədən azad edilib.

Son xəbərlər

Orphus sistemi