Bakı. 12 may. REPORT.AZ/ Rusiyalı alimlər Mərkəzi Elmi Kitabxanada vaxtından əvvəl qocalmanın müasir problemlərini müzakirə ediblər.
Azərbaycan
Tədbirdə Azərbaycan Herontologiya Cəmiyyətinin yaradılması və onun Beynəlxalq Herontologiya və Heriatriya Assosiasiyasına qəbul edilməsi məsələləri müzakirə edilib. Həmçinin Fiziologiya İnstitutu ilə Rusiya Elmlər Akademiyasının Herontoloji Cəmiyyəti, İ.P.Pavlov adına Fiziologiya İnstitutu və Sankt-Peterburq Biotənzimləmə və Herontologiya İnstitutu arasında "Qocalmanın fiziologiyası" sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanıb.