Azərbaycan və Polşanın ali təhsil müəssisələri arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan və Polşanın ali təhsil müəssisələri arasında əməkdaşlıq müzakirə olunub Bakı Slavyan Universitetinin rektoru Polşanın yeni səfirini qəbul edib
Elm və təhsil
3 Mart , 2015 14:48
Azərbaycan və Polşanın ali təhsil müəssisələri arasında əməkdaşlıq müzakirə olunub

Bakı. 3 mart. REPORT.AZ/ Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev martın 3-də Polşanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Marek Tsalkanı qəbul edib. BSU-nun mətbuat xidmətindən "Report"a bildirilib ki, rektor A.Hacıyev rəhbərlik etdiyi ali təhsil ocağının yaranma tarixi, tədris prosesi, burada fəaliyyət göstərən polyak dili və mədəniyyəti mərkəzi, bu istiqamətdə kadr hazırlığı, eyni zamanda BSU-nun xarici universitetlərlə əlaqələri barədə qonağa məlumat verib. Görüş çərçivəsində Polşanın bir sıra tanınmış universitetləri, o cümlədən Varşava Universiteti ilə BSU-nun əməkdaşlığından söhbət açan rektor vəzifəyə yeni təyin edilmiş səfirin dəstəyi ilə bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə inandığını vurğulayıb.

Polşa ilə Azərbaycan arasında mövcud əlaqələrdən danışan Marek Tsalka təhsil sahəsindəki münasibətlərə də toxunub, BSU ilə Polşanın ali təhsil müəssisələri arasında mövcud olan əməkdaşlıqla bağlı layihələrdən razı qaldığını deyib. Səfir gələcəkdə yeni layihələrin həyata keçirilməsinə yaxından köməklik göstərəcəyini söyləyib.

Son xəbərlər

Orphus sistemi