Azərbaycanda universitetlərdən birinin 14 kafedrası bağlanıb

Azərbaycanda universitetlərdən birinin 14 kafedrası bağlanıb Rektor: "Aprel-may aylarında yenə bir neçə kafedra birləşdiriləcək"
Elm və təhsil
15 Yanvar , 2016 13:07
Azərbaycanda universitetlərdən birinin 14 kafedrası bağlanıb

Bakı. 15 yanvar. REPORT.AZ/ "Ötən il Azərbaycan Texniki Universitetində 14 kafedra ləğv edilib. Bu proses 2016-cı ildə də davam edəcək". "Report" xəbər verir ki, bunu Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov deyib.

O bildirib ki, görülən bu işlər Təhsil Nazirliyində aparılan islahatların tərkib hissəsidir: "Standartların dəyişilməsindən asılı olaraq tədris yükünün də miqdarı dəyişir. Həmçinin vaxtilə açılan yaxın ixtisaslar da birləşdirilir". 

Rektorun sözlərinə görə, 2015-ci ildə universitetdə 47 kafedra olub: "Aparılan islahatlar nəticəsində hazırda universitetdə 33 kafedra qalıb. Oktyabr-dekabr aylarında 12 kafedra birləşdirilib. Aprel-may aylarında yenə bir neçə kafedra birləşdiriləcək. Universitetdə olacaq növbəti dəyişikliklər dərs yüklərinin bölgüsü ilə bağlı olacaq".

Son xəbərlər

Orphus sistemi