Azərbaycan Təhsil Nazirliyində kollegiya iclası keçirilib

Azərbaycan Təhsil Nazirliyində kollegiya iclası keçirilib İclas məsul işçilərin, müvafiq struktur bölmə və şöbələrin rəhbərlərinin, ali təhsil müəssisələrinin rektorlarının iştirakı ilə olub
Elm və təhsil
6 Noyabr , 2014 19:44

Bakı. 6 noyabr. REPORT.AZ/ Azərbaycan Təhsil Nazirliyində məsul işçilərin, müvafiq struktur bölmə və şöbələrin rəhbərlərinin, ali təhsil müəssisələrinin rektorlarının iştirakı ilə kollegiya iclası keçirilib. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Kollegiya iclasında ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili, SABAH qruplarının yaradılması, tələbə kreditləri və qrantları layihəsi, ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun nəticələri, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icra vəziyyəti, normativ-hüquqi aktların təsdiqi mövzularındakı məsələlər müzakirə olunub.

Kollegiyada çıxış edən təhsil naziri Mikayıl Cabbarov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən bir il ərzində həyata keçirilən islahatlardan danışıb, əldə olunan nailiyyətlər, mövcud problemlər və onların aradan qaldırılması yolları haqqında fikirlərini bildirib.

Sonra çıxış edən məruzəçilər müvafiq məsələlər haqqında məlumat verib, görülən işlərin əhəmiyyətini vurğulayıblar.

Müzakirə olunan məsələlərlə bağlı müxtəlif fikirlər səsləndirilib və müvafiq istiqamətlər üzrə həyata keçiriləcək tədbirlərin səmərəliliyinin artırılmasına xidmət edən təkliflər verilib.

Son xəbərlər

Orphus sistemi