Azərbaycan təhsil nazirinin müavini Yaponiyaya gedib

Azərbaycan təhsil nazirinin müavini Yaponiyaya gedib Səfərin məqsədi YUNESKO və Yaponiya hökuməti tərəfindən “Davamlı İnkişaf və Təhsil” mövzusunda təşkil edilmiş konfransda iştirak etməkdir
Elm və təhsil
11 Noyabr , 2014 12:40
Azərbaycan təhsil nazirinin müavini Yaponiyaya gedib
Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycan təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Yaponiyada səfərdədir. Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, səfərin məqsədi YUNESKO və Yaponiya hökuməti tərəfindən “Davamlı İnkişaf və Təhsil” mövzusunda təşkil edilmiş konfransda iştirak etməkdir.

Konfrans son 10 il ərzində BMT tərəfindən dünyanın müxtəlif ölkələrində davamlı inkişafa nail olmaq istiqamətində təhsil sahəsində həyata keçirilmiş müxtəlif layihələrin nəticələrinin və növbəti 10 il ərzində bu sahədə görüləcək işlərin müzakirəsinə həsr edilib.

Tədbir çərçivəsində nazir müavini davamlı inkişaf və təhsil sahəsində Azərbaycan hökumətinin həyata keçirdiyi dövlət proqramları, ölkə Prezidenti tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, o cümlədən Heydər Əliyev Fondu tərəfindən müvafiq istiqamətlərdə həyata keçirilmiş layihələr haqqında məlumat verib.

Tədbirin ekspertlər səviyyəsində keçirilmiş müzakirələrində Təhsil Nazirliyinin məsul əməkdaşları müxtəlif mövzular üzrə təqdimatlarla çıxış ediblər.

Son xəbərlər

Orphus sistemi