Azərbaycan Tarixi Muzeyində uşaq rəsmlərinin sərgisi keçiriləcək

Azərbaycan Tarixi Muzeyində uşaq rəsmlərinin sərgisi keçiriləcək Sərgidə 16 gənc rəssamın 67 əsəri nümayiş olunacaq
Elm və təhsil
13 Noyabr , 2015 19:34
Azərbaycan Tarixi Muzeyində uşaq rəsmlərinin sərgisi keçiriləcək

Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində uşaq rəsmlərinin sərgisi keçiriləcək. Bu barədə "Report"a muzeydən məlumat verilib.

Məlumata əsasən, Prezident yanında Bilik Fondunun və AMEA Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə Milli Azərbaycan Tarixi Muzeyində noyabrın 17-də "Çiçəklər" adlı uşaq rəsmləri sərgisi keçiriləcək.

Sərgidə Dövlət Uşaq Flarmoniyası və Hövsan Mədəniyyət evinin rəsm dərnəyinin üzvləri olan 16 gənc rəssamın 67 əsəri nümayiş olunacaq. Sərginin kuratoru rəssam Gilan Əzizxanlıdır.

Son xəbərlər

Orphus sistemi