​Azərbaycan Rusiyanın "Şvabe" holdinqinə əmtəə nişanı hüququ verib

​Azərbaycan Rusiyanın "Şvabe" holdinqinə əmtəə nişanı hüququ verib Şirkət ölkədə elmi tədqiqatlar və sənaye təhlilinin aparılması hüququnu rəsmiləşdirib
Elm və təhsil
26 Avqust , 2015 07:36
​Azərbaycan Rusiyanın Şvabe holdinqinə əmtəə nişanı hüququ verib

Bakı. 26 Avqust. REPORT.AZ/ Rusiyanın "Şvabe" holdinqi ("Rostex" dövlət korporasiyasına daxildir) Azərbaycan ərazisində unikal əmtəə nişanı hüququ alıb.

"Report" TASS-a istinadən xəbər verir ki, Azərbaycanda "Şvabe" əmtəə nişanının qeydiyyatı Mal və Xidmətlərin Beynəlxalq Təsnifatının 16 sinifi üzrə krill və latın dillərində həyata keçirilib.

Holdinqin bütün məhsul çeşidi - geodeziya, tibbi, optik və işıq texnikası avadanlığı dövlətin mühafizəsi altında olacaq. Həmçinin "Şvabe" ölkə ərazisində öz brendi altında elmi tədqiqatlar, təcrübi-konstruktor işləri və sənaye təhlilinin aparılması hüququnu rəsmiləşdirib.

"Şvabe" Səhmdar Cəmiyyəti baş direktorunun satış, xarici iqtisadi fəaliyyət və marketinq üzrə müavini Anatoli Sludnıx xatırladıb ki, holdinqin əvvəllər Azərbaycana tədarük etdiyi məhsul spektrı kifayət qədər müxtəlifdir. Holdinq fərqli illərdə Azərbaycana müxtəlif optik cihazlar və geodeziya avadanlıqları ixrac edib. Onun sözlərinə görə, tibbi texnika sahəsində Azərbaycan ilə sığ və qarşılıqlı səmərəli əməkdaşlıq qurulub.

"Ölkə ərazisində əmtəə nişanının qeydiyyatdan keçməsi işgüzar münasibətlərin inkişafında əlamətdar addımdır. Bu azərbaycanlı tərəfdaşlarımızı qaçaqmal məhsullarından qorumaq imkanı verməklə yanaşı, həm də müxtəlif birgə layihələr reallaşdırmaq üçün zəmin yaradır", - deyə Sludnıx bildirib.

Son xəbərlər

Orphus sistemi