“Azərbaycan Respublikasının tarixi” ikicildliyinin təqdimatı keçirilib

“Azərbaycan Respublikasının tarixi” ikicildliyinin təqdimatı keçirilib AMEA Tarix İns­titutunun nəşri olan kitab Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunub
Elm və təhsil
13 Oktyabr , 2016 12:03
“Azərbaycan Respublikasının tarixi” ikicildliyinin təqdimatı keçirilib

Bakı. 13 oktyabr. REPORT.AZ/ Bu gün Prezident Kitabxanasında “Azərbaycan Respublikasının tarixi” ikicildliyinin təqdimat mərasimi keçirilib.

"Report" xəbər verir ki, Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirib ki, “Azərbaycan Respublikasının tarixi” fundamental elmi araşdırma olmaqla müstəqil Azərbaycanın elmi həyatında mühüm hadisədir.

Prezident Administra­siyasının (PA) İctima­i-siyasi məsələlər şö­bəsinin müdir müavini­ Ərəstun Mehdiyev xatırladıb ki, yaxın gün­lərdə müasir Azərbayc­anın həyatında çox əl­amətdar bir günün il­dönümüdür: "Oktyabrın 18-də Azərbaycan m­üstəqilliyinim 25-ci ­ildönümüdür. Müstəqi­lliyimizin ildönümü ­dövlət səviyyəsində t­əntənəli şəkildə qeyd­ olunacaq, sils­ilə tədbirlər keçiril­əcək". 

Onun sözlərinə görə, AMEA Tarix İns­titutunun nəşri olan “Azərbaycan Respublik­asının tarixi” ikicil­dli müstəqilliyimizin bərpasının 25-ci ildönümünə həsr olunub: "Ök­əmizin 25 il əvvəl qa­zandığı müstəqillik y­olu rəvan olmayıb, ço­x çətin, keşməkeşli y­ol keçmişik. Bütün bu­nlara baxmayaraq, bu g­ün Azərbaycan müasir ­dünyanın mürəkkəb çağırışlarına cavab verm­ək iqtidarındadır. Bu­ şərəfli tarixin öyrə­nilməsi və tədqiq olu­nması çox vacibdir".

AMEA Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov deyib ki, “Azərbaycan Respublikasının tarixi” son illərdə İnstitutda nəşr olunmuş digər çoxsaylı sanballı əsərlər kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə yazılıb: "İnstitutun Elmi Şurasının qərarı ilə çap olunmuş əsərin elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik Akif Əlizadə, elmi redaktoru isə mənəm. Kitabda müstəqillik tariximiz haqqında məlumatlar sistemli surətdə toplanaraq kompleks hala gətirilib". 

Direktor qeyd edib ki, geniş tədqiqatçılar heyəti tərəfindən yazılmış bu əsər Azərbaycanın müstəqillik dövrü tarixinin akademik səviyyədə araşdırılması yolunda ilk təşəbbüsdür: "Əsərin birinci cildi 1991-2003-cü illəri, daha doğrusu tariximizin Heydər Əliyev dövrünü, ikinci cildi isə 2003-2016-cı illəri – Prezident İlham Əliyevin başçılığı ilə əldə olunmuş tarixi nailiyyətləri və ölkədə aparılan böyük quruculuq, abadlıq illərini əhatə edir. Birinci cilddə 1991-ci ildə Azərbaycan dövlətçiliyinin bərpası, bütövlükdə xalqımızın qədim dövlətçilik ənənələrinin dirçəlişi kimi qiymətləndirilir. Bu məsələnin araşdırılmasına ayrıca fəsil həsr olunub. Cilddə itirilmək təhlükəsi ilə üz-üzə qalmış Azərbaycan dövlətçiliyini xilas etmək üçün Heydər Əliyevin başçılıq etdiyi qurtuluş hərəkatına geniş yer verilib. İkinci cilddə isə 2003-2016-cı illərdə ölkədə aparılmış geniş islahatlar proqramının icrasına, böyük quruculuq və abadlıq işlərinə, xarici siyasət sahəsində əldə olunmuş uğurlara, Heydər Əliyev Fondunun fəaliyyətinə ayrı-ayrılıqda fəsillər həsr olunub".

Y.Mahmudov vurğulayıb ki, “Azərbaycan Respublikasının tarixi” ikicildliyinin materialları müasir tarix üzrə mütəxəssis olan tanınmış tarixçi-alimlər tərəfindən yazılıb: "Hər iki cilddə müstəqil Azərbaycanın xarici siyasətinə dair fəsillərin müəllifi isə bu sahənin görkəmli mütəxəssisi professor Əli Həsənovdur".

Tədbirdə həmçinin tarixçi-alimlər Cəbi Bəhramov, Leyla Hüseynova, Elçin Əhmədov, İlqar Niftəliyev və başqaları çıxış edərək fikirlərini bölüşüblər.

Son xəbərlər

Orphus sistemi