Akademik Viktor Matveyev: "Azərbaycan öz alimləri ilə fəxr etməlidir"

Akademik Viktor Matveyev: "Azərbaycan öz alimləri ilə fəxr etməlidir" Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru azərbaycanlı həmkarları ilə əlaqələrindən, həyata keçirilən birgə layihələrdən danışıb
Elm və təhsil
9 Noyabr , 2015 15:38
Akademik Viktor Matveyev: Azərbaycan öz alimləri ilə fəxr etməlidir

Bakı. 9 noyabr. REPORT.AZ/ "Azərbaycan öz alimləri ilə fəxr etməlidir". "Report" xəbər verir ki, bunu Rusiyanın Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru, akademik Viktor Matveyev Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyində deyib. 

Rəhbərlik etdiyi elm ocağının təbrik məktubunu oxuyan V.Matveyev çıxışında azərbaycanlı həmkarları ilə əlaqələrindən, həyata keçirilən birgə layihələrdən danışıb, elmə göstərilən diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Nobel mükafatı laureatı, professor Corc Ficerald Smut Azərbaycan Milli Elmlər Akademiyasının zəngin tarixi, Azərbaycan alimlərinin müxtəlif sahələrdə, o cümlədən fizika, biofizika, kosmik sənaye sahələrində əldə etdikləri nailiyyətlərdən məlumatlı olduğunu qeyd edib, azərbaycanlı alimlərlə əməkdaşlığa maraq göstərdiyini söyləyib.

Son xəbərlər

Orphus sistemi