Azərbaycan orta təhsil müəssisələrində həftəlik tədris yükünün aşağı salınması təklif edilir

Azərbaycan orta təhsil müəssisələrində həftəlik tədris yükünün aşağı salınması təklif edilir Şəmsəddin Hacıyev bir neçə təkliflə çıxış edib
Elm və təhsil
20 Noyabr , 2014 12:59
Azərbaycan orta təhsil müəssisələrində həftəlik tədris yükünün aşağı salınması təklif edilir
Bakı. 20 noyabr. REPORT.AZ/ “Təhsil və elm sahəsində ciddi islahatlar həyata keçirilir. Lakin işlərin nəticəsinin müəyyən zamana ehtiyacı var. Məsələn, I sinifdə görülən işlərin nəticəsini 10 ildən sonra görürük”. “Report” xəbər verir ki, bunu Azərbaycan parlamentinin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev çıxışı zamanı deyib.

Komitə sədri bir neçə təkliflə də çıxış edib. O, müəllimlərin attestasiyadan keçirilməsi işlərinin sürətləndirilməsini təklif edib: “Hazırda bu istiqamətdə işlər görülür. Lakin işləri daha da sürətləndirməliyik”.

Komitə sədri eyni zamanda orta təhsil müəssisələrində həftəlik tədris yükünün aşağı salınmasını və əmək haqlarının artırılmasını təklif edib.

Parlamentin Sosial siyasət komitəsinin üzvü, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov isə çıxışı zamanı gələn ilin dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılan xərclərin artırılmasını yüksək qiymətləndirib.

Ə. Əmiraslanov çıxışı zamanı onu da qeyd edib ki, Azərbaycanda adam başına düşən səhiyyə xərclərinin miqdarı aşağıdır: “İnanıram ki, bu yaxınlarda “İcbari tibbi sığorta haqqında” qanun layihəsi qəbul olunacaq və bununla da adam başına düşən sığorta xərclərinin miqdarı xeyli artacaq”.

Son xəbərlər

Orphus sistemi