Azərbaycan multikulturalizmi İtaliya və Çexiyada tədris olunacaq

Azərbaycan multikulturalizmi İtaliya və Çexiyada tədris olunacaq Tədris bütün semestr boyunca davam edəcək
Elm və təhsil
11 Mart , 2015 10:51
Azərbaycan multikulturalizmi  İtaliya və Çexiyada tədris olunacaq

Bakı. 11 mart. REPORT.AZ/ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin layihəsi çərçivəsində İtaliyanın La Sapienza universitetində və Çexiyanın Karlov universitetinin Fəlsəfə fakültəsində "Azərbaycan multikulturalizmi" fənninin tədrisinə başlanılıb. Bu barədə "Report"a Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən məlumat verilib.

La Sapienza universitetində ilk mühazirə martın 5-də həyata keçirilib. Mühazirədə Albaniyadan, Türkiyədən, Serbiyadan, Bosniya Hersoqovinadan və İtaliyadan olan tələbələrlə yanaşı, universitetin Türkiyə üzrə mütəxəssisi, professor Fabio Qrossi də iştirak edib. O, Azərbaycanda onun bilmədiyi xeyli sayda milli azlıqların olduğuna görə yaxşı mənada təəccübləndiyini gizlətməyib.

Martın 9-da oxunan ikinci mühazirənin mövzusu "Azərbaycanın multikulturalizm siyasəti və çoxkonfessiyalılıq" olub. Dərsdə tələbələrə Azərbaycanın milli rəqslərinə, mədəni adətlərinə aid video çarx nümayiş etdirilib. Dərs iştirakçıları "Sarı gəlin" və digər muğam mahnılarını dinləyib.

Çexiyanın Karlov universitetinin Fəlsəfə fakültəsində də "Azərbaycan multikulturalizmi" fənninin tədrisinə başlanılıb. Tələbələr "Azərbaycan multikulturalizmi" fənninə çox böyük maraq göstərirlər.

Sonda isə tələbələrin Azərbaycan multikulturalizmi, mədəniyyəti və ənənələri ilə bağlı suallarına cavab verilib.

Qeyd edək ki, "Azərbaycan Multikulturalizmi" fənni yaz semestrindən etibarən Rusiya, Gürcüstan, Litva, Belarus, Bolqarıstan, Çexiya və İtaliya universitetlərində tədris edilir. Tədris bütün semestr boyunca davam edəcək. Növbəti semestr isə bu siyahıya yeni universitetlər əlavə olunacaq və onların sayı durmadan artacaq.

Son xəbərlər

Orphus sistemi