Azərbaycan İqtisad Universiteti yeni sistemə keçib

Azərbaycan İqtisad Universiteti yeni sistemə keçib Təlimin ilk günündə 110 müəllim iştirak edib
Elm və təhsil
9 Sentyabr , 2015 11:13
Azərbaycan İqtisad Universiteti yeni sistemə keçib

Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) vahid elektron idarəetmə platforması olan EDUMAN sisteminin istifadəsinə başlanılıb. Bu barədə "Report"a universitetdən məlumat verilib. 

Məlumata əsasən, tədris prosesində müasir texnologiyaların tətbiqi sahəsində həyata keçirilən yeniliklərdən biri olan bu sistem vasitəsilə bütün tədris prosesinin elektronlaşdırılması mümkün olacaq. Müəllimlər auditoriyalarda quraşdırılan elektron tribunalar vasitəsilə EDUMAN-da şəxsi kabinetlərinə daxil ola biləcəklər.

EDUMAN sisteminin tətbiqi ilə əlaqədar UNEC müəllimləri üçün təşkil olunan təlimlərdə elektron tribuna, müəllimlərin şəxsi kabineti, elektron jurnal, sərbəst işlərin elektron qaydada qəbulu və digər mövzular haqqında məlumat verilib. Təlimin ilk günündə 110 müəllim iştirak edib. Növbəti günlərdə daha 150 müəllimin iştirakı planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi