​Azərbaycan Dillər Universitetində müəllimlərin əmək haqları artırılıb

​Azərbaycan Dillər Universitetində müəllimlərin əmək haqları artırılıb Kafedra müdirləri 1250 AZN, professor 1100 AZN, dosent 860 AZN, baş müəllim 600 AZN, müəllim 500 AZN məbləğində əmək haqları ilə təmin olunacaqlar
Elm və təhsil
8 İyun , 2015 18:30
​Azərbaycan Dillər Universitetində müəllimlərin əmək haqları artırılıb

Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycan Dillər Universitetində (ADU) fəaliyyət göstərən professor-müəllim, o cümlədən işçi heyətinin əmək haqlarının artımı sahəsində növbəti dəfə yeniliklər aparılıb.

Universitetin İctimaiyyətlə əlaqələr Departamentindən "Report"a verilən məlumata görə, ADU-nun Elmi Şurasının iyunun 8-də aldığı qərara əsasən, kafedra müdirləri 1250 AZN, professor 1100 AZN, dosent 860 AZN, baş müəllim 600 AZN, müəllim 500 AZN məbləğində əmək haqları ilə təmin olunacaqlar. Bu da əmək haqqının 30-35%-ə qədər artımı deməkdir. 

Məlumatda bildirilir ki, ADU-da professor-müəllim heyətinin əmək haqqı minimum 500 AZN, maksimum 2000 AZN təşkil edir ki, bu da Azərbaycanda ali məktəblər sırasında ən yüksək göstəricilərdən biridir.

Bu addım ödənişli əsaslarla təhsil alan tələbələlərin ödənişi, universitetin beynəlxalq və yerli layihələrdə qazandığı vəsait, əməkdaşlarının sayının azaldılması və tələbə-müəllim nisbətinin beynəlxalq standartlara uyğunlaşdırılmasının nəticəsində atılıb. 

Son xəbərlər

Orphus sistemi