Azərbaycan dilini öyrənmək istəyən əcnəbilər üçün dərslik hazırlanıb

Azərbaycan dilini öyrənmək istəyən əcnəbilər üçün dərslik hazırlanıb “Azərbaycanşünaslığa giriş” kitabı işıq üzü görüb
Elm və təhsil
30 Yanvar , 2015 15:56
Azərbaycan dilini öyrənmək istəyən əcnəbilər üçün dərslik hazırlanıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Bakı Slavyan Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycanşünaslıq Tədris-Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfindən yazılıb nəşr olunan “Azərbaycanşünaslığa giriş” kitabı işıq üzü görüb. 

BSU-nun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, kitabda Azərbaycanşünaslıq ixtisası üzrə təhsil alan tələbələr, Azərbaycan dili, tarixi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, coğrafiyasını öyrənmək arzusunda olan əcnəbilər, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş oçerklər toplanıb.

“Azərbaycanşünaslığa giriş” Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən dərs vəsaiti kimi təsdiq edilib. Kitaba ön sözü AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, professor Kamal Abdullayev yazıb. K.Abdullayev Azərbaycanşünaslıq elminin inkişafı barədə öz fikirlərini oxucularla bölüşüb: "Azərbaycanşünaslıq bir elm sahəsi kimi gündən-günə genişlənir. Azərbaycanşünaslığın inkişaf etdirilməsində 2000-ci ildə ölməz öndərimiz Heydər Əliyevin fərmanı ilə yaradılan Bakı Slavyan Universitetinin xüsusi rolunu qeyd etməmək olmaz. Bu universitetin xarici ölkə universitetləri ilə əlaqələr sahəsindəki fəaliyyətinin əsasında isə Azərbaycan dilinin, mədəniyyətinin, ümumilikdə azərbaycanşünaslığın təbliği dayanır”. 

O, eyni zamanda qeyd edib ki, respublikamızda Azərbaycanşünaslıq ixtisasının ilk dəfə olaraq BSU-da tədris olunması müxtəlif ölkələrin universitetlərində Azərbaycanşünaslıq ixtisasının açılmasına şərait yaratdı.

Son xəbərlər

Orphus sistemi