Azərbaycan alimləri Budapeştdə XI Beynəlxalq Böyük Türk Dili qurultayında iştirak edib

Azərbaycan alimləri Budapeştdə XI Beynəlxalq Böyük Türk Dili qurultayında iştirak edib Növbəti qurultay gələn ilin oktyabr ayında Berlin şəhərində keçiriləcək
Elm və təhsil
29 Sentyabr , 2016 13:42
Azərbaycan alimləri Budapeştdə XI Beynəlxalq Böyük Türk Dili qurultayında iştirak edib

Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycanın bir qrup türkoloq və dilçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən XI Beynəlxalq Böyük Türk Dili qurultayında iştirak ediblər.

Azərbaycanın Macarıstandakı səfirliyindən "Report"a verilən məlumata görə, Budapeştdəki Yunis İmrə Türk Kültürü İnstitutunda keçirilən qurultayda plenar iclaslardan ikisi Azərbaycan alimlərinin - Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, professor Roza Eyvazova və Bakı Slavyan Universitetinin dosenti Məhbubə Məmmədovanın sədrliyi altında keçirilib.

Ümumilikdə 9 plenar iclasda yüzə yaxın məruzə dinlənilib və müzakirə edilib. AMEA-nın müxbir üzvü, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Möhsün Nağısoylu, Vahid Ədilov, Roza Eyvazova, Cahangir Cahangirli, İkram Qasımov, Məhbubə Məmmədova, Ziyafət Qasımova, Aygül Hacıyeva Azərbaycan dilçilik elminin son illərdə keçdiyi inkişaf yolunu, türk dillərinin müxtəlif problemləri ilə bağlı tədqiqləri əks etdirən maraqlı məruzələrlə çıxış ediblər. Qurultay zamanı onlar eyni zamanda digər ölkələrdən gəlmiş həmkarları ilə görüşərək gələcək elmi əməkdaşlıq yolları ilə bağlı fikir mübadiləsi aparıblar.

Tədbirdə növbəti XII Beynəlxalq Böyük Türk Dili qurultayını gələn ilin oktyabr ayında Berlin şəhərində keçirilməsi qərara alınıb. 

Son xəbərlər

Orphus sistemi